Paris kibercinayət polisi Europolun dəstəyi ilə X platformasının Fransadakı ofislərində reyd keçirib.
News365.az xəbər verir ki, araşdırma platformanın alqoritmi və süni intellekt çat-botu Grokla bağlı aparılır.
Prokurorlar istintaqın seksual deepfake-lər, uşaq istismarı materialları və Holokostun inkarı da daxil olmaqla qanunsuz məzmun iddialarını əhatə etdiyini bildirir.
X isə ittihamları rədd edərək, araşdırmanın siyasi motivli olduğunu bəyan edib.