Dekabrın 14-də saat 10 radələrində Ümid qəsəbəsində yerləşən evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
News365.az xəbər verir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.