“İşimin xətrinə kiməsə yaltaqlıq edə bilmərəm”.
News365.az xəbər verir ki, müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.
O bildirib ki, həyatında və sənətində yaltaqlıq və ikiüzlülüyə yer yoxdur:
“Gərək yaltax olasan, ikiüzlü olasan, hamını qane etməyi bacarasan. Onların heç biri məndə yoxdur, olmayacaq da. İşimin xətrinə kiməsə yaltaqlıq edə bilmərəm. Bir adamdan xoşum gəlirsə gəlir, gəlmirsə gəlmir. Bu xüsusiyyətlərim olmadığına görə çox yerdə olmaya bilərəm. Amma belə rahatam, vicdanımla rahat yatıram. Heç nəyə görə də peşman deyiləm”.