Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur

Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur
27 Sen 2025 23:00

İsrail Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi təhvil verib və sistem artıq bir aydır ki, Ukrayna səmasını qoruyur. Ukrayna bundan başqa daha iki sistem gözləyir.

News365.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

"İsrailin sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. O artıq bir aydır işləyir. Payızda iki “Patriot” sistemi alacağıq. Gəlin bunu edək və mən “Patriot” haqqında daha heç nə deməyəcəyəm", - Zelenski deyib.

Agentlik qeyd edir ki, növbəti iki “Patriot”un alınması İsraildən deyil, digər tərəfdaşlardan, çox güman ki, Almaniyadan olacaq.


Sizin reklam burada
Sizin reklam burada