Niyə üzdə yara yerində çapıq qalır? - Kosmetoloq açıqladı

Niyə üzdə yara yerində çapıq qalır? -  Kosmetoloq açıqladı
19 Apr 2024 14:44

Üzdə ki, çapıq və yara izləri heç də xoşa gəlməyən bir görüntüdür. Buna görə kişilər və qadınlar bundan tez bir zamanda yaxa qurtarmaq istəyirlər. Çox vaxt bu izlər aknedən sonra yaranır, onları dekorativ kosmetik vasitələrlə gizlətmək və ya müalicə üsulunu tapmaq olar.

 "Bir çapıq adətən geniş yaranın yerində və ya onun kənarlarının bağlanması hərəkətlərlə pozulduqda əmələ gəlir.  Bu hallarda regenerativ mexanizmlər dərini mürəkkəb quruluşu ilə tam bərpa etmir, ancaq infeksiyanın oradan daxilə keçməməsi üçün yaranı bağlamağa tələsirlər".

Bunu News365.az-a açıqlamasında Tanınmış kosmetoloq Elnarə Rzayeva danışıb.

"Çapıqlar – daha öncə derma qatının zədələnməsi zamanı toxumaların birləşməsi nəticəsində yaranır,digər nahiyyələrdən rəngi ilə fərqlənir. Müəyyən vaxt keçdikdən, sızanaqlardan sonra qalmış izlər solur, demək olar ki, hiss olunmur. Əgər bərpa prosesi zamanı problem yaranarsa- patoloji çapıqlar yaranır"

Normotrofik çapıqlar,yüngül formaya aiddir. Onlar elastik, dəriylə eyni səviyyədə olur. Demək olar ki, bilinmir, xüsusi müalicə tələb etmir. Bu cür halda üzdəki çapıqları yox etmək üçün, kosmetik və ya aptekdən alınan vasitələrdən istifadə edirlər.

Normotrofik çapıqlardan effektiv və təhlükəsiz şəkildə yaxa qurtarmaq istəyirsinizsə Asthetik Lab klinikasına müraciət edə bilərsiniz. Həkim -kosmetoloq sizə səthi kimyavi pilinq və ya digər üsulları kurs şəkilində təklif edəcək.

Hipertrofik və ya keloid çapıqlarını yox etmək üçün, kombinə olunmuş və ya aparat müalicəsi tədbiq olunur."- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az

.


Youtube kanalımız

Oxşar xəbərlər