Xalq artisti Nazpəri Dostəliyeva ona qarşı edilən haqsızlıqlardan danışıb. Həm sənət yolunda həm də həyatında qarşılaşdığı çətinliklərdən söz açan sənətçi heç nəyi asan əldə etmədiyini deyib:
"Çox ağır anlarım olub. Yolumu kəsmək istəyənlər, böhtan atanlar, mənə haqsızlıq edənlərin sayını itirmişəm. Lakin mən bütün bunlara sinə gərməyi bacarmışam, çünki güclü qadınam. Yolumu kəsənlərlə mübarizə apardıqca daha da güclənmişəm. Allahım həmişə mənə bu gücü verib".