Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov media sahəsindən tamamilə ayrıldığını bəyan edib.
News365.az bu barədə ODA TV-yə istinadən xəbər verir.
O, bütün diqqətini və sərmayəsini dənizçilik sahəsinə yönəldəcəyini bildirib.
“Artıq bütün enerjimi və resurslarımı dənizçilik sektoruna ayıracağam”, – deyə Mübariz Mənsimov vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Mübariz Mənsimov EKOL TV kanalını almışdı.