Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın Suriya Prezidenti Əhməd əş-Şara, xarici işlər naziri Əsəd əş-Şeybani və Təhlükəsizlik Təşkilatının başçısı Hüseyn əs-Selame ilə Suriyada görüşüb.
News365.az xəbər verir ki, TRT Haber məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanaraq Türkiyənin, hər zaman Suriyanın yanında olacağından bəhs olunub.
Görüş zamanı həmçinin sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, İsrailin Suriyaya hava hücumları müzakirə edilib