Son on ildə dünyanın 3000 milyarderinin sərvəti 6,5 trilyon dollar artaraq qlobal ÜDM-in 14,6%-nə bərabər olub. Ümumilikdə isə 1% milyarder ən azı 33,9 trilyon dollar qazanıb.
Bu barədə “The Guardian” yazıb. Nəşr qeyd edib ki, araşdırma “Oxfam” xeyriyyə təşkilatı tərəfindən aparılıb. Araşdırmaçıların fikrincə, bu, qlobal yoxsulluğu 22 dəfə aradan qaldırmaq üçün kifayət edərmiş...
1990-cı ildə Böyük Britaniyada milyarderlərin sayı 15 olub. Hazırda isə 2024-cü ilin məlumatına görə bu rəqəm 165-ə yüksəlib. Equality Trust-ın məlumatlarına görə, eyni dövr ərzində onların sərvətləri ortalama 1000%-dən çox artıb. Oxfam qeyd edib ki, milyarderlər “sərvətlərinin 0,3%-nə yaxın effektiv vergi dərəcələri ödəyirlər ki, bu da adi işçilərin ödədiyindən xeyli aşağıdır”.
Keçən il İspaniya, Braziliya, Almaniya və Cənubi Afrika G20 sammitində qeyri-bərabərliyi azaltmaq və dövlət gəlirlərini artırmaq məqsədi ilə super zənginlərə 2% minimum vergi tətbiq etmək təklifini əks etdirən sənədi imzalamışdı. "Sənədin potensial təsiri müxtəlifdir. Lakin fransız iqtisadçısı Qabriel Zukmanın araşdırması bu addımın 250 milyard dollara qədər əlavə gəlir gətirə biləcəyini göstərir",- nəşr yazıb.
Tural