Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazanıb

Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazanıb
19:54

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

News365.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Youtube kanalımız

Oxşar xəbərlər