Fernandu Santuş: "Əlimizdən gələni etdik"

Fernandu Santuş: "Əlimizdən gələni etdik"
21:15

Qalib gələ bilmədiyimiz üçün məyusuq.

Bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə keçirilən matçdan sonra mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis qələbə qazanmaq üçün əllərindən gələni etdiklərini bildirib:

"Rəqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. Demək olar ki, hər iki komanda təhlükəli qol epizodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər. Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur. Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb./Report


Youtube kanalımız

Oxşar xəbərlər