Əhalinin NƏZƏRİNƏ: Bu gündən başlayır...

Əhalinin NƏZƏRİNƏ: Bu gündən başlayır...
13:42

Bu gündən etibarən POS-terminal quraşdırılmayan vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. 

Bu barədə News365.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, qanunvericiliyin tələblərinə baxmayaraq, müşahidələr zamanı bir sıra obyektlərdə ümumiyyətlə POS-terminal quraşdırılmadığı məlum olub. 

Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur. 

Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.  Xatırladaq ki, ötən gün (15 noyabr) "kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib.


Youtube kanalımız

Oxşar xəbərlər