Məsud Pezeşkian İsrailin hücumlarına dair ilk açıqlamasını verdi

Məsud Pezeşkian İsrailin hücumlarına dair ilk açıqlamasını verdi
13 İyn 2025 14:27

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə İsrailin zərbələrinə reaksiya verib.

News365.az-ın xəbərinə görə, bu barədə o, "X" hesabında paylaşım edib.

"Hücum baş verən kimi prezident və hökumət komandası vəziyyətə yerində nəzarət olunmasını öz üzərinə götürüb və bununla bağlı hökumət şurasının təcili iclası keçirilib. Tezliklə xalqa müraciət edəcəyəm. Allahın köməyi ilə sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq", - deyə Məsud Pezeşkian paylaşımda bildirib.


Sizin reklam burada
Sizin reklam burada