Tanınmış müğənni və bloger Milana Xametova Krasnoyarskdan Kemerovoya gedən yolda ağır yol qəzası keçirib. Bu barədə Mash Siberia Telegram kanalı məlumat yayıb.
“Sərxoş sürücü avtomobili qarşıdan gələn maşının üzərinə sürüb. Qarşı yola çıxan sürücünün maşını müğənninin olduğu avtomobilə çırpılıb”, - məlumatda deyilir.
Xametovanın sözlərinə görə, əsas zərbə onun rəqqasları və səs rejissorunun oturduğu hissəyə dəyib. Sürüc müğənninin olduğu hissəni isə toqquşma nöqtəsindən qaçırmağı bacarıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Çünki sərnişinlər təhlükəsizlik kəmərini bağlayıblarmış.
Hadisə şahidləri qəzanın nəticələrini videoya çəkiblər. Görüntülərdə qəza yerinə gələn təcili yardım xidmətləri də əks olunub. Yük maşını zədələnib və kadrlarda avtomobil hissələrinin yolun kənarına səpələnməsi də görünür.
Tural