Mərkəzi Bankın 2024-2026-cı illər üzrə Maliyyə Strategiyasının təqdimatı olub

Mərkəzi Bankın 2024-2026-cı illər üzrə Maliyyə Strategiyasının təqdimatı olub
26 Apr 2024 15:25

Mərkəzi Bankda respublikamızın tanınmış iqtisadçıları və maliyyəçiləri ilə növbəti görüş keçirilib. Görüşdə müzakirələr aparılıb, rəylər öyrəlinib.

Bu barədə News365.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki,  növbəti dəfə Mərkəzi Bankın inzibati binasında görüşümüz baş tutdu:

“Ötən görüşdə səsləndirilən təklifimizə görə Mərkəzi Bankın 2024-2026-cı illər üzrə Maliyyə Strategiyasının təqdimatı təşkil etdildi. Təqdimat şəxsən MB sədrinin müşaviri hörmətli Vüqar Əliyev tərəfindən edildi. İnteraktiv olduğu üçün müzakirə o qədər əhatəli və dərin oldu ki, 3 saata yaxın davam etsə də, təqdimatı yekunlaşdırmaq mümkün olmadı, ikinci yarısı növbəti görüşə saxlanıldı.

Strategiya sənədinə gəlincə, o ənənəvi üsulla deyil, daha fərqli tərtibatda hazırlanıb. Etiraf etmək lazımdır ki, MB bu strategiyanı tamlıqla həyata keçirə bilərsə, maliyyə sektorunda müsbət dəyişiklər görmək olacaq. Amma bu strategiyanın uğuru həm də real sektordan çox asılı olduğu üçün və real sektor isə MB-dan asılı olmadığı üçün bu strategiyanın uğurlu nəticəsi üçün digər qurumlarla koordinasiya və birgə istək ortaya qoyulmalıdır”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər