“Fənərbaxça” növbəti dəfə xal itirdi

“Fənərbaxça” növbəti dəfə xal itirdi
06 May 2024 23:52

Türkiyənin “Fənərbağça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib.

News365.az xəbər verir ki, İsmail Kartalın yetirmələri səfərdə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib.

Qeyd edək ki, Türkiyə çempionatının başa çatmasına 3 tur qalmış Okan Burukun komandası 96 xalla liderdir.


Youtube kanalımız

Oxşar xəbərlər