Məktəb direktoru avtoqəzada öldü

Məktəb direktoru avtoqəzada öldü
14:15

Naxçıvanda məktəb direktoru avtoqəzada ölüb.

News365.az xəbər verir ki, hadisə Oruabd rayonu Nürgüt kəndində baş verir.

Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.


Sizin reklam burada
Sizin reklam burada