Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB

Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
09:35

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəminin Nyu-Yorkda Bruklin körpüsü ilə toqquşması nəticəsində 19 nəfər yaralanıb.

Bu barədə şəhərin meri Erik Adams məlumat verib.

Yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə gəmidə 277 nəfər olub.

Körpünün konstruksiyasına ziyan dəyməyib və nəqliyyatın hərəkəti bərpa edilib.

07:43

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus, içərisində təxminən 200 nəfərin olduğu yelkənli gəmi Nyu-Yorkda (ABŞ - red.) Bruklin körpüsü ilə toqquşub.

Bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində zərərçəkənlər var, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Təcili yardım xidmətləri dənizə düşən olub-olmadığını yoxlayır. Hadisə nəticəsində xəsarət alanların sayı barədə hələlik məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada