Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icra etdiyi "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə" layihəsi çərçivəsində 16 və 17 avqust 2025-ci il tarixində Lənkəran şəhərində Nəzəri-Prakiti Konfrans həyata keçirilib. Tədbirdə Lənkəran və ölkənin müxtəlif regionlarından, o cümlədən Bakı şəhərindən 20 nəfərdən çox qeyd olunan məsələ ilə bağlı birbaşa və ya dolayı məşğul olan müxtəlif təşkilatların nümayəndələri iştirak edib.
Tədbirləri
giriş sözü ilə açan İB-in sədri və layihə
rəhbəri İntiqam Səfərov iştirakçılara layihəni maliyyələşdirən QHT Agentliyi,
təmsil etdiyi təşkilat, layihə mövzusunun aktuallığını iştirakçıların diqqətinə
çatdırıb və müzakirələrdə hər bir iştirakçının fəal olmağını xahiş edib. O, həmçinin
layihənin nəticəsi olaraq mövzu ilə bağlı əməlumatlandırma tədbirlərinin,
sosial şəbəkə hesablarında və media resurslarında müxtəlif paylaşımların vacib
olduğunu diqqətə çatdırıb.
Tədbirdə layihə eksperti Afiq Məlikov 2 gün ərzində
iştirakçılarla “Azərbaycanda ailə dəyərləri, adət-ənənələr
və müasirlik”, “Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri”, “Ailədaxili zorakılığa
qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası”, “Azərbaycanda
nikahlar və boşanmalar: mövcud vəziyyət və cari statistika”, “Ailədə və cəmiyyətdə uşaqlar,
uşaqlara qarşı qısnama və ayrı-seçkilik”, “Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası” bağlı müzakirələr aparılıb və məişət zorakılığına
qarşı mübarizə tədbirləri çərçivəsində təbliğatın təşkilinin önəmi vurğulanıb.
Tədbirin sonuncu günü qonaq qismində dəvət edilmiş Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya
İsmayılov da fəaliyyəti zamanı mövzuya uyğun təcrübələri və bu barədə beynəlxalq
konvensiyaların müddəalarından irəli gələn məsələləri iştirakçılarla bölüşüb.
Qeyd edək
ki, layihənin həyata keçirilməsində məqsəd uşaq
hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı ictimai mübarizəni
gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini
və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.