Tesla, CEO Elon Musk üçün 96 milyon səhm dəyərində 29 milyard dollar məbləğində bonus paketi təsdiqləyib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, keçən il Delaver məhkəməsi Maskın 50 milyard dollarlıq bonusunu ləğv edib, amma Musk bu qərarı apellyasiya şikayəti ilə mübahisələndirib.
Şirkət, Maskın bonusunu qiymətləndirmək üçün xüsusi komissiya qurub, lakin təfərrüatlar açıqlanmayıb. Musk, Tesla-nın gələcəyini elektrikli avtomobillər, sürücüsüz taksilər və robotlarla quracağını vurğulayıb. Şirkət, Maskın hər səhmə 23,34 dollar ödəyəcəyini açıqlayıb. Tesla səhmləri 2% bahalaşıb.