Yol hərəkəti cərimələrinə nəzarət edən Guardia Civil yeni cəzaları açıqlayıb. Avtomobil sürərkən avtomobilindən siqaret kötüklərini atanlar 500 avro cərimələnəcək.
News365.az xəbər verir ki, qırmızı işıqda fürsət kimi istifadə edərək dodaq boyası və ya makiyajdan istifadə edənlər 200 avro, maşında mübahisə edənlər 80 avro, səhər yeməyi yeyənlər, kitab oxuyanlar və ya spirtli içki qəbul edənlər də müxtəlif cərimələrə məruz qalacaqlar.
Təkcə sürücü deyil, sürücünün yanında əyləşən və ya arxada oturan şəxs ayaqlarını pəncərəyə qaldırsa, 100 avro, təhlükəsizlik kəməri olmadan tutulan hər kəs 200 avro cərimələnəcək.
Digər cəzalar aşağıdakılardır; siqnal vermək 80 avro, heç bir səbəb olmadan daim solda sürmək 200 avro, dırnaq dişləmək və sevgi göstərmək 80 avro, avtomobili yumaq və ya yol kənarında xırda təmir etmək 30-3000 avro.