Macarıstanın baş naziri Viktor Orban diqqət çəkən açıqlamalar verib. KİV-in yaydığı məlumata görə, o, bildirib ki, ölkənin demək olar ki, bütün əhalisi Ukraynanın Avropa İttifaqına qoşulmasının əleyhinədir.
“2 milyon 168 min 431 Macarıstan vətəndaşı Ukraynanın Avropa İttifaqına qoşulmasının əleyhinə səs verib ki, bu da referendumda iştirak edənlərin 95%-ni təşkil edir", - baş nazir deyib.
Onun sözlərinə görə, yalnız 5% Ukraynanın birliyə qəbul olunmasını dəstəkləyib.
Tural