Lənkəranda vəzifəli şəxs BIÇAQLANDI

Lənkəranda vəzifəli şəxs BIÇAQLANDI
13:39

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə səhər saatlarında şəhərin "Böyük Bazar" adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayi” istirahət mərkəzinin müdiri, 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaq xəsarətləri alıb.
 

Ona ümumilikdə beş bıçaq zərbəsi endirilib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyata götürülüb.


Hazırda faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada