Kraliça orduya yazıldı, təlimlərə başladı (FOTO)

Kraliça orduya yazıldı, təlimlərə başladı (FOTO)
19:00
Niderlandda kral Vilyem-Aleksanderin 54 yaşlı həyat yoldaşı kraliça Maksima ehtiyat zabit olmaq üçün bu həftə hərbi təlimlərə başlayıb. 

News365.az xəbər verir ki, kraliça digər hərbçilər kimi ehtiyac yarandıqda müxtəlif bölgələrdə xidmətə cəlb oluna biləcək.

Niderland kral ailəsinin yaydığı açıqlamada bildirilib ki, Maksima ölkənin silahlı qüvvələrində şəxsi heyətin sayını artırmaq səyləri çərçivəsində könüllü olaraq ehtiyat zabit hazırlığına qatılıb. Açıqlamada kraliçanın bir çox vətəndaş kimi ölkə təhlükəsizliyinə töhfə vermək istədiyi vurğulanıb.
 


Kraliça fiziki dözümlülük, özünümüdafiə, atıcılıq, xəritə oxuma və hərbi hüquq üzrə təlimlər alır. Məlumata görə, o artıq atıcılıq məşqlərini başa vurub.

Argentina əsilli kraliça Maksima Niderland Krallıq Quru Qoşunları çərçivəsində təlimlərini tamamladıqdan sonra polkovnik-leytenant rütbəsinə yüksələcək. Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, təlim proqramı ehtiyat zabit olmaq üçün tələb olunan bütün praktik və nəzəri hərbi elementləri əhatə edir. Bu elementlərə fiziki hazırlıq, özünümüdafiə, atıcılıq, xəritə oxuma və hərbi hüquq daxildir.

Kraliça Maksima ailə üzvləri arasında hərbi xidmətə qatılan ilk şəxs deyil. Niderland taxtının varisi olan qızı Vəliəhd şahzadə Amaliya da ötən ay orduda könüllü ehtiyat zabit kimi hərbi təlimini başa çatdırmışdı.

(Qaynarinfo)

 




Sizin reklam burada
Sizin reklam burada