Körpüdən plakat asan ermənilər saxlanıldı - VİDEO

Körpüdən plakat asan ermənilər saxlanıldı - VİDEO
10:12

Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. "Mamul" nəşrinin yaydığı məlumata görə, revanşist çağırışları ilə seçilən “Müqəddəs Mübarizə” hərəkatının bir neçə tərəfdarı körpülərdən birinə “Müqəddəs Mübarizə qalib gələcək” yazısı olan plakat yerləşdirib. Polis aksiyaya müdaxilə edib. Etirazçılar həbs edilsə də sonradan buraxılıblar.


Qeyd edək ki, ötən ilin aprelində delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər keşiş Baqrat Srbazanın ətrafına toplaşaraq baş qaldırdılar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaratdı və radikalların mitinqlərinə rəhbərlik etməyə başladı. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir. Onun mübarizəsinə "müqəddəs" mübarizə adı verilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada