Çində baş vermiş maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. South China Morning Post xəbər verir ki, çinli ata azyaşlı oğlunun qaçmasının qarşısını almaq üçün onu qəfəsə salıb. Balacanın vəhşi heyvan kimi qəfəsdə saxlanılması sosial mediada tənqid edilib.
"Səlahiyyətlilər və yerli sakinlər Henan əyalətində kiçik oğlunu dəmir qəfəsə bağlayan atanı qınayırlar. Atanın sözlərinə görə, o bunu uşağın qaçmasının qarşısını almaq üçün edib. Hadisə yoldan keçənlərin yolun ortasında qırmızı rəngli üç təkərli velosipeddə bir neçə çılpaq uşaq gördükləri zaman üzə çıxıb. Onlardan biri metal qəfəsin içərisində olub", - nəşr yazıb.
Uşaqlara qarşı zorakılıq və ya insan alveri olduğunu düşünən yerli sakinlər hadisə barədə polisə məlumat veriblər.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, aşkarlanan velosiped bir neçə uşaq atası olan Diao adlı şəxsə məxsus olub. O, polislərlə söhbəti zamanı deyib ki, havanın isti keçməsi ilə əlaqədar uşağını soyundurubmuş. Özünə haqq qazandıran atanın fikirlərinə baxmayaraq, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Tural