"Yay aylarında kondisioner bizim ən yaxın dostumuz olsa da, onun fəsadları da çoxdur".
News365.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlırinə görə, daimi şəkildə kondisioner istifadə olunan otaqda qalan insanlarda bir müddət sonra əzələ, baş-boyun ağrılarına səbəb olur.
Terapevt bildirib ki, ağciyərində problem olan insanlar üçün də kondisioner havası xəstəliyin ağırlaşmasına gətirib çıxara bilir:
"Bundan başqa düzgün və vaxtında təmizlənməmiş bu avadanlıqlar sağlamlıq üçün ciddi problemlər yaradır".