"Kiyev nəinki hərbi, iqtisadi çöküş də yaşayır" -Keçmiş kəşfiyyatçı

"Kiyev nəinki hərbi, iqtisadi çöküş də yaşayır" -Keçmiş kəşfiyyatçı
12 İyn 2025 10:10

Ukraynanın Rusiya ilə münaqişədə iqtisadi və hərbi məğlubiyyəti Kiyevdə mövcud hakimiyyətin süqutunun başlanğıcından xəbər verir. Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti və hərbi analitik Skott Ritter "Glenn Diesen"ə açıqlamasında deyib.

Onun fikrincə, Ukraynanın hərbi çöküşü artıq baş verib. Bundan əlavə, ölkənin iqtisadi cəhətdən imkansız durumda olduğu üzə çıxıb- Kiyev hətta Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin ailələrinə kompensasiya ödəyə bilmir.

"Ölkədə praktiki olaraq pul qalmayıb",- Ritter bildirib.

Ukrayna Silahlı Qüvvələri həmçinin sursat və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə üzləşir. Rusiya Silahlı Qüvvələrinin aviasiyası isə döyüş meydanında üstünlük təşkil edir. Ekspert belə hesab edir ki, bütün bunlar mənəvi və döyüş ruhunun çökməsinə və Rusiya ilə münaqişədə uğur qazanmaq imkanlarının olmamasına gətirib çıxarır.

Ritter bildirib ki, qarşıdurma qaçılmaz olaraq Moskvanın şərtləri ilə bitəcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada