KİV: Qareginin patriarxlıqdan uzaqlaşdırılması üçün plan hazılanıb

KİV: Qareginin patriarxlıqdan uzaqlaşdırılması üçün plan hazılanıb
10:50

Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Müxalifət baş nazir Nikol Paşinyanı repressiya və siyasi təqiblərdə günahlandırır, evlərində axtarışlar aparılan siyasətçilər və keşiş Baqrat Srbazanın həbs təhlükəsi altında olduğu deyilir. Bu gün yayılan xəbərlərdə Baqratın artıq 2 aylıq həbsə atıldığı deyilir.

Hakimiyyət ölkədə çevrilişə planlarının ifşa olunduğunu bəyan edir.

 Ermənistan İstintaq Komitəsi həbslər barədə məlumat yayıb. Qeyd edilib ki, Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.

Səhər saatlarından etibarən 90-dan çox ünvanda axtarış aparılıb.

Belə bir gərginlik fonunda ölkənin aparıcı mətbu orqanlarından olan "Joğovurd" diqqət çəkən məlumat yayıb. Qeyd edilib ki, qəzetin hakim "Vətəndaş müqaviləsi" Partiyasına yaxın olan mənbələri hakimiyyətin II Qaregini Patriarxlıqdan kənarlaşdırmaq üçün konkret planları var.

"Bizdə olan məlumata görə, Nikol Paşinyan komandasına bildirib ki, bir çox insanlar Qareginin istefasına nail olmağın çətin olduğunu düşünsələr də, onlar buna nail olacaqlar. Hakimiyyət hətta kilsə əleyhinə etiraz aksiyaları keçirməyə, kilsə nümayəndələrini daim anti-dövlət qüvvələr kimi təqdim etməyə və nəyin bahasına olursa-olsun, həzrəti uzaqlaşdırılmasına nail olmağa hazırdır", - qəzet yazıb.

Xatırladaq ki, mayın 30-dan etibarən Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində patriarxa qarşı qalmaqallı paylaşımlar edir. 

Tural


Sizin reklam burada
Sizin reklam burada