"Real Madrid" klubunun fransalı superulduzu Kilian Mbappe kollektivin son hazırlıq prosesində iştirak etməyib.
News365.az "Diario Sport" nəşrinə istinadla məlumat yayır ki, sol diz nahiyəsində ağrılardan şikayətlənən 27 yaşlı forvard hazırlıqlarını fərdi proqram əsasında davam etdirir.
Tibbi personal futbolçunun dekabr ayında diz bağlarında yaranmış zədənin təkrarlanmasından ehtiyat edir.
Qeyd edək ki, "Real Madrid" sabah La Liqa çərçivəsində "Real Sosyedad"la üz-üzə gələcək.
Məlumat üçün bildirək ki, cari mövsümdə İspaniya çempionatında 22 matça çıxan Kilian Mbappe aktivinə 23 qol və dörd məhsuldar ötürmə yazdırıb.