Keniya Rusiyaya xəbərdarlıq etdi

Keniya Rusiyaya xəbərdarlıq etdi
12:46

Keniya XİN başçısı Musalia Mudavadi Rusiyanın əməllərindən narahat olduqlarını dilə gətirib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Mudavadi Keniya vətəndaşlarının qanunsuz şəkildə Ukraynadakı müharibəyə cəlb edilməsinin qarşını almaq mqəsədi ilə Rusiya ilə danışıqlara başlanılacağını bildirib. Dövlət rəsmisi 200-ə yaxın həmyerlisinin bu müharibədə iştiraka cəlb edildiyini bildirib:

“Əlimizdəki rəqəmlər dəqiq deyil, çünki müharibəyə aparılanların çoxu ölkəni rəsmi yolla tərk etməyib. Nəzərə alandakı ölkədə insanları xaricdə iş adı ilə aldadıb müharibəyə yönləndirən 600-ə yaxın agentlik bağlanılıb bu rəqəmlərin nə qədər böyük ola biləcəyini düşünmək çətin deyil. Bütün bunlar qəbuedilməzdir. Bizim vətəndaşlarımız başqa dövlət uğrunda döyüşməməlidirlər”.


Musalia Mudavadi onu da bildirib ki, bu günədək ölkəsinin xüsusi səyləri nəticəsində 27 nəfər Keniya vətəndaşını müharibə zonasından geri qaytarmaq mümkün olub.



Sizin reklam burada
Sizin reklam burada