Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Tovuz rayon sakini, 27 yaşlı Orxan Mustafayev idarə etdiyi “HOVO” markalı yük avtomobilinin sükanına nəzarəti itirib və nəqliyyat vasitəsi çaya aşıb. Qəza nəticəsində sürücü hadisə yerindəcə həyatını itirib.
Məlumata görə, Orxan Mustafayev Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində sürücü vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.