Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA

Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA
10:35

Baş prokuror Kamran Əliyev son günlər həm ölkə, həm də dünya mediasında geniş müzakirə olunan iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı açıqlama verib.

News365.az xəbər verir ki, baş prokuror hazırda sözügedən iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdirildiyini bildirib.

“Bununla bağlı istintaq orqanı araşdırma aparır. İndiki dövrdə nə isə demək düzgün deyil”, - K.Əliyev qeyd edib.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada