Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu

Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu
11:59

Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Petropavlovsk-Kamçatsk şəhərində yeraltı təkanlar təxminən 3 bal gücündə hiss edilib.

Zəlzələnin episentri sözügedən şəhərdən 236 km aralıda, ocağı isə 32.9 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada