Kafedə bıçaqlanan kişinin vəziyyəti məlum olub

Kafedə bıçaqlanan kişinin vəziyyəti məlum olub
25 May 2025 23:54

Mayın 25-i saat 15:00 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfində açıq yara diaqnozu ilə hospitalizasiya olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstəyə zəruri tibbi yardım göstərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada