İsrailin müdafiə naziri İsrael Katz İranın son genişmiqyaslı hücumlarından sonra diqqətçəkən hədələr sələndirib. O, tezliklə Tehran sakinlərinin İran İslam Respublikası hakimiyyətinin hərəkətlərinin bədənini ödəyəcəyini bildirib. Nazir X sosial şəbəkəsindəki səhifəsində bununla bağlı müvafiq paylaşım edib.
Katz bildirib ki, İrandakı "təkəbbürlü diktator" İsrail Müdafiə Qüvvələrinin imkanlarını sarsıtmaq, hücumları davam etdirməmək üçün İsrailin mülki əhalisini məhv edən "qorxaq qatil"ə çevrilib.
"Tehranlılar bunun əvəzini ödəyəcəklər və bu tezliklə olacaq", - İsrailin müdafiə naziri vurğulayıb.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.
Tural