İranın İsrailə raket zərbələri: Ölkənin şimalında həyəcan siqnalları eşidilir - VİDEO

İranın İsrailə raket zərbələri: Ölkənin şimalında həyəcan siqnalları eşidilir - VİDEO
10:18

İsrail Müdafiə Qüvvələri (SAXAL) bu gün İrandan yəhudi dövlətinə yönələn raket buraxılışı ilə bağlı üçüncü dəfə xəbərdarlıq edib.

News365.az xəbər verir ki, bu barədə SAXAL "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, İsrail ordusu raketləri zərərsizləşdirməyə davam edir. Yerli medianın məlumatına görə, bu dəfə ölkənin şimal hissəsində siren səsləri eşidilib.

Bundan əvvəl İsrail hakimiyyəti Livanla sərhəd ərazilərdə mümkün pilotsuz təyyarə hücumu barədə xəbərdarlıq etmişdi.

Bundan başqa İranın dövlət televiziyası da İslam Respublikasının İsrail ərazisinə raket atdığı haqqında məlumat verib. Bildirilib ki, aviahücumlar yəhudi dövlətinin mərkəzinə doğru yönəlib.


Sizin reklam burada
Sizin reklam burada