İsrailin hava zərbələri endirməsinin ardınca İranda internetə çıxışa müəyyən məhdudiyyətlər tətbiq olunub.
News365.az İSNA-ya istinadən xəbər verir ki, bununla bağlı İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.