İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı tam şəkildə bərpa olunub.
News365.az xəbər verir ki, İranın xəbər saytları da normal fəaliyyətə keçib.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.
8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.