İranda bir neçə idmançı saxlanılıb- FOTO

İranda bir neçə idmançı saxlanılıb- FOTO
15:50

İran təhlükəsizlik qüvvələri Gilan əyalətində bir neçə idmançının evinə gecə saatlarında basqın edərək beş nəfəri saxlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, basqın zamanı dörd boksçu - Milad Şahbazi, Müctəba Yəzdani, Məcid Həbibzadə və Behnam Zəfəri, habelə, "Mələvan" futbol klubunu keçmiş oyunçusu Saman Nurməhəmmədi tutulub.

Təhlükəsizlik qüvvələri evlərdə axtarış apardıqdan sonra saxlanılan şəxsləri Rəşt şəhərindəki ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat İdarəsi) İdarəsinə təhvil veriblər.

Saxlanılanların hansı ittihamlarla üzləşdiyi və hazırkı durumları ilə bağlı rəsmi açıqlama verilməyib.


Sizin reklam burada
Sizin reklam burada