İranda Azərbaycan əsilli yeni prezident Məsud Pezeşkianın qələbəsi xalq tərəfindən təntənəylə qeyd olunub. Ölkə əhalisinin bir qismi bəstəkarının Emin Sabitoğlu, sözlərinin isə Səməd Vurğuna aid olduğu "Azərbaycan" mahnısı sədaları altında rəqs edərək sevinclərini göstəriblər.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin vəfatından sonra ölkədə keçirilən prezident seçkiləri nəticəsində 5 İyul tarixində Azərbaycan əsilli Məsud Pezeşkian İranın rəsmi prezidenti seçilib.