İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
13:15

İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını bəyan edib.

News365.az xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan 24-ü ABŞ və İsrail tərəfinə Həmədan əyalətindəki hərbi, hüquq-mühafizə və güc strukturları obyektlərinin koordinatlarını, habelə mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi yeri ötürüblər.

Loristan əyalətində 4 nəfər məlumat toplayıb, daha 2 nəfər isə Kirman əyalətində silah keçirməyə cəhd edib.


Sizin reklam burada
Sizin reklam burada