İran XİN rəhbəri Çin lideri ilə görüşdü

İran XİN rəhbəri Çin lideri ilə görüşdü
11:36

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Çinin Prezidenti Si Cinpinlə görüş keçirib.

News365.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

Kollektiv görüşdən əvvəl İranın xarici işlər naziri ilə Si Cinpin arasında qısa, lakin ikitərəfli söhbət də baş tutub.


Sizin reklam burada
Sizin reklam burada