İran təsdiqlədi: "Səlami şəhid oldu!"

İran təsdiqlədi: "Səlami şəhid oldu!"
13 İyn 2025 11:25

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin elit bölmələrinin komandiri general-leytenant Hüseyn Səlaminin gecə İsrailin endirdiyi zərbə nəticəsində öldürüldüyünü təsdiqləyib. Bu barədə xarici KİV məlumat yayıb.


Generalın ölümü ilə bağlı məlumatı SEPAH rəhbərinin müavini Əli Fədavi açıqlayıb. Onun sözlərinə görə, Salami şəhid kimi ölmək arzusunda olub və buna görə də o, SEPAH döyüşçüləri arasında hörmətli və sevimli şəxsiyyət olaraq qalacaq.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural


Sizin reklam burada
Sizin reklam burada