İranın ali lideri Ayətulla Seyid Əli Xamenei xalqa müraciət edib.
News365.az xəbər verir ki, İranın ötən günlərdə davam edən müharibədə ABŞ-yə qalib gəldiyini deyib.
Onun sözlərinə görə, ABŞ İsrailin tam məhv olacağını anladığı üçün İrana hücum edib və qarşılıqlı olaraq İrandan cavab alıb.
Xamenei əlavə edib ki, İrana qarşı hücumlar nəticəsində təxminən 90 milyon İran vətəndaşı vahid səslə, çiyin-çiyinə bir-birinin yanında dayanıb, İran Silahlı Qüvvələrinin addımını dəstəkləyib.
Xatırladaq ki, 13 iyunda İsrailin İrana hava zərbəçləri endirməsilə başlayan müharibə 12 gün davam edib.
İsrailin zərbələri nəticəsində İranda xeyli yüksək rütbəli hərbçi, nüvə alimləri və başqa rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran İsrailə cavab zərbələri endirib.
22 iyunda ABŞ İranın üç nüvə obyektinəi bombalayıb. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub. 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bundan sonra tərəflər atəşkəsə razılaşdıqlarını elan ediblər.