İqlim dəyişikliyi hər il 38 trilyon dollara başa gələ bilər

İqlim dəyişikliyi hər il 38 trilyon dollara başa gələ bilər
21 Apr 2024 21:21

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.

Bu barədə “Nature” jurnalı yazır.

Qeyd olunur ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər. İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanır. Əsas təhlükə təbii fəlakətlərin – meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.

Həmçinin, Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən daha çox ciddi problemlərlə üzləşəcəyi bildirilir.


Youtube kanalımız

Oxşar xəbərlər