İstanbulun Saraçhanə meydanında keçirilən mitinqdə saxlanılan 34 nəfərdən 15-i barəsində həbs qətimkan tədbiri seçilməsi tələb olunub. Qalan 19 nəfər isə məhkəməyə ədli nəzarət tədbiri tətbiq olunması tələbi ilə göndərilib.
News365.az-ın məlumatına görə, mitinq İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsinin 100-cü günü münasibətilə təşkil olunmuşdu. Aksiya zamanı ümumilikdə 42 nəfər saxlanılmış, onlardan 8-i sonradan sərbəst buraxılmışdı.
Hazırda 15 nəfərlə bağlı həbs, 19 nəfərlə bağlı isə ədli nəzarət qərarı verilməsi üçün müvafiq məhkəmə instansiyasına müraciət edilib.