İkinci zəvvar qrupu sabah yola düşəcək

İkinci zəvvar qrupu sabah yola düşəcək
25 May 2025 20:56

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək.

Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"178 nəfərlik ikinci zəvvar qrupu sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. Zəvvarlar 4 qrupa bölünüb. İlk qrup 43, digərləri 45 nəfərdən ibarətdir",- o bildirib.

Həmçinin o qeyd edib ki, hazırda ilk zəvvar qrupu miqat üçün Cöhfədədir. Onlar vacib sözləri deyərək ehram bağlayacaqlar.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada