Bu ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.
News365.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 891,4 milyon manat təşkil edib. Bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib.
2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 691,7 milyon manat məbləğində icra edilib. Məlumata görə, bu, ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872.7 milyon manat və ya 2,7 faiz çoxdur.
Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 720,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.