İsrail Prezidenti İsak Hersoqun Avstraliyaya rəsmi səfəri genişmiqyaslı etirazlarla qarşılanıb.
News365.az xəbər verir ki, bu gün Sidneydə və Avstraliyanın müxtəlif şəhərlərində minlərlə fəal küçələrə çıxaraq İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz edib.
Etirazçılar Qəzzada baş verənləri “soyqırım” kimi qiymətləndirərək, İsak Hersoqun beynəlxalq hüquq çərçivəsində həbs olunmasını tələb ediblər.
Aksiyalar zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və bəzi məhdudiyyətlərə baxmayaraq, etirazlar davam edib.